“Fermerlə görüşə “Maybach”la getməliydim?” – Eks icra başçısından at belindəki fotosuna REAKSİYA

Vəzifədən azad edilmiş Daşkəsənin eks icra başçısı Əhəd Abıyev TV Müsavat-ın canlı efirində aparıcı Sevinc Telmanqızının suallarını cavablandırıb.
At belində olan şəkillərindən danışan Əhəd Abıyev bildirib ki, dağda sel-su körpünü aparmış ərazilərə hansı fermer bahalı avtomobillərlə gedir? Əlbəttə ki, atla gedirlər, mən də atla getmişəm.