Kremldən Paşinyanın qərarına REAKSİYA: “Təəssüf edirik”

Kreml Ermənistanın baş naziri Nikol Paşinyanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) noyabrın 23-də Minskdə keçiriləcək sammitində iştirak etməyəcəyinə təəssüflənir.Qafqaz.tv TASS agentliyinə istinadən bildirir ki, bu barədə jurnalistlərə Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.O deyib ki, əgər bu, həqiqətən də belədirsə, biz təəssüf edirik: “Biz başa düşürük ki, hər bir hökumət başçısının və ya dövlət başçısının öz iş qrafiki var. Amma belə görüşlər fikir mübadiləsi aparmaq üçün çox yaxşı səbəbdir”, – Kreml nümayəndəsi qeyd edib.